Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Təzadlar”a bildirilib ki, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.