Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2025 / 11:39

Yanvar ayında bankların mənfəəti xeyli azalıb – eyni dövrlə müqayisədə

Bu ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında bildirilir..

Məlumata görə, bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 milyon manat və ya 28,7%, bankların əməliyyat mənfəəti isə 21,1 milyon manat və ya 14,7% azalıb.

Belə ki, 2024-cü ilin yanvar ayında banklar 99.6 milyon manat xalis mənfəət, 143.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Qeyd edək ki, yanvarda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat, balans kapitalı 6,7 milyard manat olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!