22 Mart 2026 / 10:54

Yaponiya XİN ölkəsinin Hörmüz boğazında minatəmizləmə işlərində iştirak edə biləcəyini bildirib

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi Fuji TV proqramında bildirib ki, əgər hərbi əməliyyatlar dayandırılarsa, Tokio Hörmüz boğazında minatəmizlənmədə iştirak etməyi hipotetik olaraq nəzərdən keçirə bilər. O, Yaponiyanın minatəmizləmə texnologiyalarının dünyanın ən yaxşıları arasında olduğunu vurğulayıb.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Motegi həmçinin qeyd edib ki, davam edən hərbi əməliyyatlar nəzərə alınmaqla, Yaponiya qanunvericiliyi və konstitusiya ilə bağlı məhdudiyyətlər səbəbindən Özünümüdafiə Qüvvələrinin yerləşdirilməsi olduqca çətindir.

O bildirib ki, Yaponiya artıq ABŞ prezidenti Donald Trampa hüquqi məhdudiyyətlərinin olduğunu və yalnız qanun çərçivəsində hərəkət edə biləcəyini izah edib.

Əvvəllər Cənubi Koreyanın Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etmək niyyətində olduğu bildirilib.

Daha sonra bildirilib ki, 20-dən çox ölkə Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazırdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!