Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tufan və külək ikinci gündür ki, səngimir
Tokioda güclü yağış səbəbindən 200-dən çox aviareys təxirə salınıb. Yaponiyanın mərkəzi rayonlarında artıq ikinci gündür ki, tufan və külək səngimir, yollarda çökmə müşahidə olunur.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar dəmir yolu hərəkətini demək olar ki, tamamilə dayandırıb, yeraltı keçidlər və metrolar su altında qalıb.
Artıq Tokio və qonşu prefekturaların sakinlərinə mümkün sürüşmələr barədə xəbərdarlıq edilib və evdə pis havanı gözləməyə çağırılıb.
E.ŞİRİNOV