Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fəhlə ailələrinə ərzaq paylanması onların bir çoxuna həyatları bahasına başa gəlib…
Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.
Hadisə nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər də yaralanıb.
Yerli mətbuat orqanların yaydığı məlumata əsasən, şəhərin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağı açıqlanıb. Yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Polisin yardım paylaşımını təşkil edən 7 nəfəri saxladığı bildirilib.