Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.
Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.