Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olur. Tezadlar.az xatırladır ki, ki, Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək. Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu isə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Yay fəslinin istilərlə müşaiyət olunduğunu nəzərə alaraq, hər kəsə Azərbaycanın dağlıq, dağətəyi və meşəli ərazilərində yay isyirahətini xoş keçirmək arzulayırıq!
Elşad