Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislər bu vəziyyəti əsasən havaların isinməsi ilə əlaqələndirirlər.
Tezadlar.az bildirir ki, isti hava mühərriklərin daha çox qızmasına səbəb olur. Soyutma sistemi nasaz olan avtomobillərdə bu, ciddi nasazlıqlara gətirib çıxara bilər. Eyni zamanda, radiator suyunun azalması və ya keyfiyyətsiz antifrizdən istifadə də mühərrikin qızma riskini artırır.
Yayda akkumulyatorların ömrü də qısala bilər. İstilik səbəbindən batareyanın içindəki maye buxarlana bilər ki, bu da onun enerji tutumunu azaldır.
Təkərlərlə bağlı problemlər də bu fəsildə daha çox müşahidə olunur. Asfaltın temperaturunun artması təkərlərin təzyiqinə təsir edir, bu da təkər partlaması və ya balans pozğunluğuna səbəb ola bilər.
Mütəxəssislər sürücülərə yay aylarında avtomobilə texniki baxışı laqeyd yanaşmamağı, soyutma sistemi, təkərlər və akkumulyatoru mütəmadi yoxlamağı tövsiyə edirlər.