10 İyul 2025 / 10:20

Yekaterinburqda həbs olunan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilmədi

İyunun 27-də Yekaterinburqda Rusiya FTX- nin azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərovbarəsində çıxarılan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Rusiyanın E1.ru saytının yazdığına görə,  Sverdlovsk vilayət məhkəməsi A. Səfərovun apellyasiya şikayətini təmin etməyib və məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləliklə, Ayaz Səfərov həbsdə qalmalı olacaq.

Xatırladırıq ki, Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Səfərov Ayaz Möhbalı oğlu barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər. Bu ilin iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində iki nəfər-Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, 8 nəfər-Məzahir, Ayaz, Akif, Kamal, Bakir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlər iştirak ittihamı irəli sürülüb. Azərbagcan XİN Rusiya hakimiyyətinə etirazını bildirən nota verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!