Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, iyulun 6-da “həmkarları” ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini “Quli” ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, gərgin söhbət zamanı Quli “Pıza” ləqəbli Raul Bartsbanı “fahişə” adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən dənizə atılıb.
Yada salaq ki, Kapba bu ilin mayında Pızanı nüfuzdan salmaq üçün Abxaziyaya qayıdıb.
Eyni zamanda, Şakro 2023-cü ilin noyabrında Qulini “oğru” kimi tanımadığını bildirib. Bundan əvvəl Temur düz 10 il idi ki, “oğru” adını daşıyırdı.
Qeyd edək ki, Temur Kapba mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Lotu Qulinin qətlindən sonra onun klanının böyük hissəsi qardaşı Namiq Səlifovun ətrafında birləşib. Lakin Temur Namiqin himayəsindən kənarda qalıb.