Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda Yerə yaxın orbitlərdə təxminən 40 min asteroid müşahidə olunur.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun məlumatında deyilir .
Məlumata görə, Günəş sistemində ümumilikdə bir milyondan çox belə səma cismi kəşf edilib. Onların əksəriyyəti əsas asteroid qurşağında — Mars və Yupiterin orbitləri arasında yerləşir.
Alimlər bildiriblər ki, bu asteroidlər arasında həyatları ərzində azı bir dəfə Yerə yaxınlaşan və ya 7,5 milyon kilometrdən az məsafəyə qədər yaxınlaşa biləcək potensial təhlükəli obyektlər də var. Məsələn, diametri bir kilometrdən böyük olan 154 potensial təhlükəli asteroid qeydə alınıb.
trend