Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna lideri Vladimir Zelenski döyüş təcrübəsi olan daha çox işçini daxil etməklə ofisində islahatlar aparmalıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Telegram-kanalında bildirib.
“Bu gün mən Ukrayna prezidentinə prezident aparatında islahatların aparılmasını təklif etdim. İdeya ondan ibarətdir ki, idarənin əməkdaşlarının əhəmiyyətli bir hissəsi tammiqyaslı döyüş təcrübəsi olan hərbi qulluqçular və ya hərbi əməliyyatların veteranları olmalıdır”, – o qeyd edib.
Yermakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları “lazımi şəxsi keyfiyyətlərə malikdirlər”.
Bundan əvvəl Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirmişdi ki, Ukrayna hakimiyyəti 2026-cı ildə silahların alınması və istehsalı üçün büdcənin 50%-ni ayırmağı planlaşdırır.
Növbəti il üçün hökumətin prioritetləri: müdafiə və təhlükəsizlik; Avropaya inteqrasiya; antikorrupsiya; rifah; veteran siyasəti; makromaliyyə və islahatlar; biznes; sağlamlıq və idman; təhsil və elm; bərpa; mədəniyyət; qış sabitliyi.
E.ŞİRİNOV