Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Miqrasiya Xidmətinin 2025-ci il üzrə illik iş planına uyğun olaraq, Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi ilə birgə mülki müdafiə üzrə təlim-məşq keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirin məqsədi fövqəladə hadisələr zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunması, şərti dağıntı, yanğın və partlayış hallarının nəticələrinin aradan qaldırılması üzrə bilik və vərdişlərin artırılması, təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi olub.
Təlimdə Yevlax regional miqrasiya idarəsi, FHN-nin Aran regional mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Təcili Tibbi Yardım Mərkəzinin şəxsi heyəti və texnikaları iştirak ediblər.
İki mərhələli məşqin birinci hissəsində xəbərdarlıq və toplanış, ikinci hissəsində isə fövqəladə hallarda idarəetmə bacarıqları üzrə praktiki məşqlər yerinə yetirilib. Sonda komandir-rəis heyəti ilə təhlillər aparılıb, nöqsanlar müzakirə olunub və rəislərin yekun çıxışları ilə tədbir başa çatıb.
RÖVŞANƏ