4 Avqust 2025 / 10:55

Yevlaxda qan düşdü: 37 yaşlı kişi öldürüldü

Ötən gün Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Fakt araşdırılır.

Bu öz yerində. Amma səbrsizlik, bir-birinin sözünü qəribliyə salmaq sonda belə faciəli hala gətirib çıxarır. Səbr hər zaman belə hadisələrdən qaçmanı təmin edir!

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!