13 Oktyabr 2025 / 20:49

Yıldız Tilbe tənqidlərə cavab verdi: “Səhnədə özümü sərbəst hiss etməyi sevirəm” – VİDEO

Türkiyənin sevilən müğənnisi Yıldız Tilbe yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi konsert zamanı səhnədə uzanaraq həm mahnı oxuyub, həm də rəqs edib. Onun bu anları sosial mediada sürətlə yayılaraq böyük maraq doğurub.

Tamaşaçılar Yıldızın enerjisinə və özünəməxsus üslubuna heyran qaldıqları halda, bəziləri ifaçının davranışını “həddindən artıq” adlandırıb.

Yıldız Tilbe isə hər zaman olduğu kimi tənqidlərə fikir vermədiyini, səhnədə özünü sərbəst hiss etməyi sevdiyini bildirib.

“Mahnılarımı hiss etdiyim kimi ifa edirəm. Bəzən gülürəm, bəzən ağlayıram, bəzən də uzanıb rəqs edirəm – bu mənəm”, – deyə müğənni konsertdən sonra açıqlamasında qeyd edib.

Yıldız Tilbenin səhnədəki bu hərəkətləri bir daha onun özünəməxsus və enerjili ifaçı olduğunu göstərib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!