Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında intensiv qar yağışı müşahidə olunur.
Tezadlar.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadla bildirir ki, bununla bağlı sürücülərə müraciət edilib.
Bu yerlərdə buzlaşma ehtimalı yüksəkdir
“Yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir. Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır” deyə, müraciətdə bildirilib.
DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə işlər görür.
Sürücülərə tövsiyyələr
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bəzi tövsiyyələr də verib.
– Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
– Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
-Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
-Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
-Zərurət olmadıqca kəskin hava şəraiti olan istiqamətlərdə hərəkət etməyin.
Yollarda maksimum diqqətli olmağa çalışın!
Elbar