26 Avqust 2025 / 18:30

Yukinari Suqavara Bundesliqaya qayıtdı

Almaniya Bundesliqası təmsilçisi “Verder” İngitərənin “Sautqempton” kollektivinin futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.

“Tezadlar” xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın mətbuat xidməti məlumat yayıb.

Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir mövsüm ərzində “Verder”in şərəfini qoruyacaq.

Qeyd edək ki, Suqavara ötən mövsüm bütün yarışlarda 32 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!