Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 19:50

Yunan futbol azarkeşləri Rumıniyada dəhşətli qəzada həlak oldu

Rumıniyada baş verən ağır yol qəzasında Yunanıstanın PAOK futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Tezadlar.az “Skai” televiziyasına istinadən xəbər verir ki, hadisədə 10 azarkeşdən 7-si həlak olub, 3-ü isə yaralanıb.

Məlumata görə, mikroavtobus bir başqa bir avtomobili ötməyə çalışarkən qarşıdan gələn spirtli içki daşıyan sisternlə toqquşub. Qəza nəticəsində mikroavtobus yol kənarına çıxıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal Buxarestdəki səfirliyə və konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və onların ailələrinə bütün mümkün yardımı göstərmək tapşırığını verib. Səfirliyin xüsusi qrupu qəza yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara göndərilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!