31 Avqust 2023 / 15:59

YUNUS OĞUZDAN SEPARATÇILARLA BAĞLI MARAQLI AÇIQLAMA

“Söhbət Araikin gedib qalmasından  getmir. Bir az dərin qatlara baxaq. Məsələ boz zonada separatçı və terrorçuların sındırılma fazasına  keçməsindən, daha kiminsə onlara dəstək verə bilməməsindədir.”

Tezadlar.az bildirir ki, yazıçı-publisist Yunus Oğuz bu sözləri “Təzadlar”a açıqlamasında deyib. O, “Azərbaycan diplomatiyasına eşq olsun!” -deyə Y.Oğuz əlavə edib.

Qeyd  edək  ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib.O bu barədə sosial şəbəkə səhifəsində yazıb. A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!