27 Oktyabr 2025 / 19:55

Yuri Qusev: Ukraynalı uşaqlar Azərbaycanda dinc günlər keçirirlər

Ukrayna uşaqların reabilitasiyasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

Tezadlar.az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

Onun sözlərinə görə, həyata keçirilən proqram Kiyev və ukraynalı uşaqlar üçün böyük əhəmiyyət kəsb edir.

“Bu proqramın həyata keçirilməsində dəstəyə və bu çətin müharibə dövründə Ukraynaya göstərdikləri köməyə görə Azərbaycan Prezidentinə, hökumətinə və bütün Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk. Bu uşaqlar Azərbaycanda dinc günlər keçirəcəklər. Azərbaycan xalqının qayğı və mehribanlığını həmişə xatırlayacaqlar”, – Y.Qusev vurğulayıb.

Qeyd edək ki, bu gün Ukraynadakı müharibədən əziyyət çəkən daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Ümumilikdə, 260-dan çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!