Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Əməkdar artisti Yusif Mustafayev açıqlaması ilə diqqət çəkib.
Teradlar.az xəbər verir ki, o, qatıldığı verilişdə şəxsi həyatı və enerjisi ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, həyat yoldaşı olmadan heç bir yerə getmir və bütün istirahətlərini ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:
“Harasa getmək istəyəndə mütləq yoldaşımla məsləhətləşirəm. Əgər o getmirsə, mən də getmirəm. Ailə mənim üçün hər şeydən önəmlidir”.
70 yaşlı ifaçı özünü hələ də gənc hiss etdiyini vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ insanın ruh yüksəkliyidir:
“İnsan daxilən özünü yaşlı hesab etməməlidir. Mən indi özümü sanki 48 yaşında kimi hiss edirəm. Səhnəyə böyük enerji ilə çıxıram, fasiləsiz çıxış edirəm. Sadəcə saçlarım ağarıb deyə geri çəkilməli deyiləm. Gənclər belə mənim tempimə çata bilmir”.
Sənətçinin bu sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.