21 Oktyabr 2025 / 18:04

Zaqatalada dəhşətli hadisə: 41 yaşlı kişi reanimasiyaya yerləşdirilib

Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyülüb.

Tezadlar.az xəbər verir ki, hadisə gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Zaqatala şəhər sakini, 41 yaşlı İskəndər Yusif oğlu Musayev kəllə-beyin travması, başın acıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin araşdırma zamanı İ.Musayevin döyülərək ağır xəsarətlər aldığı məlum olub.

DİN-in Mətbuat Xidməti Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxslərin kimliyi müəyyən olunub və saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!