22 Sentyabr 2025 / 23:40

Zaur Kamal klarnetçini tənqid etdi: “Hədiyyəni gizlində ver”

Aparıcı Zaur Kamal klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşına avtomobil hədiyyə etməsini və bunu ictimaiyyətə göstərməsini tənqid edib.

Tezadlar.az xəbər verir ki, Zaur Kamal bu barədə aparıcısı olduğu proqramda danışıb:

“Almısansa, gizlində ver. Niyə nümayiş etdirirsən? Başqasının xanımı da baxıb ərinə deyir ki, mənə də al. Evdə xanımım da eyni sözü dedi. Mən indi nə edim?” – deyə o, bildirib.

Musiqiçi isə aparıcının sözlərinə cavab verərək belə deyib:

“Mən pis iş görməmişəm, əksinə, yaxşı bir addım atmışam. İstəyirəm ki, insanlar da baxıb nümunə götürsünlər. Kənardakılara yox, öz xanımlarına hədiyyə etsinlər.”

Xatırladaq ki, Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimovanı ad günündə avtomobillə sevindirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!