29 Oktyabr 2025 / 10:35

Zaur xeyriyyəçiliyə başladı – verilişə gecikən ifaçılar hesabına…

Ötən gün müğənni Şəbnəm Tovuzlu  “Həmin Zaur” verilişinə gecikib. Gecikmənin əvəzini isə verilişin aparıcısı tərəfdən cərimələnərək ödəyib…

Tezadlar.az   xəbər verir ki, aparıcı Zaur Kamal proqramına 5 dəqiqə gecikən ifaçını 200 manat cərimələyib.

Daha sonra isə aparıcı ehtiyacı olan ailəyə zəng vurub və Şəbnəm Tovuzlunun ona 200 manat pul göndərəcəyini bildirib.

 

Qeyd edək ki, aparıcı  Zaur Kamal bir müddət əvvəl proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələmişdi. O, verilişinə gecikən bütün sənətçiləri cərimləyəcəyini və həmin pulların xeyriyyə məqsədi ilə istifadə olunacağını açıqlamışdı.

Hamıya məlumdur ki, paytaxtda tıxac əlindən hərəkət etmək mümkünsüz hala gəlib. Hər gün neçə-neçə tədbirə dəvət alan müğənninin, sənət adamının hansısa dəvətə gecikməsi mütləqdir. Vətəndaşlar (müğənnilər, sənət adamları) o qədər cərimə verməyə öyrəncəli olub ki, aparıcının efirə gecikənlər üçün qanunsuz, həm də göz önündə baş verən cərimə tətbiqinə də normal yanaşırlar. İndi bu yolla Zaur Kamal həm xeyriyyəçilik edir, həm də sağ ol qazanır. Daha nə deyək…

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!