Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2025 / 12:59

Zaxarova: Qərb İsraillə İran arasında yaranmış vəziyyətdə dağıdıcı rol oynayır

Qərb dövlətləri, o cümlədən BAEA-da (Beynəlxalq Atom Enerjisi Agentliyi) İran və İsrail arasındakı vəziyyətlə bağlı dağıdıcı rol oynayırlar.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Qərb ölkələrinin, xüsusən də BAEA-da necə dağıdıcı mövqe, nə qədər dağıdıcı rol oynadığını görürük. Bu, onlar üçün daha bir platformadır ki, onlar öz dosyeləri ilə məşğul olan ixtisaslaşdırılmış bir platformadan yenidən öz geosiyasi məqsədləri üçün alət kimi istifadə etmək üçün siyasiləşmiş platformaya çevirmək istəyirlər”, – diplomat müvafiq suala cavab verərək qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!