Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Boks üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
Tezadlar.az-ın yerli bürosu xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış yeniyetmələr, gənclər və böyüklər arasında keçirilir.
Bu gün start götürən çempionatda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışın mükafatçıları oktyabrın 28-də bəlli olacaq.