17 İyul 2025 / 19:02

Zelenski hakimiyyətdə yeni dəyişiklikləri açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyətdə yeni dəyişiklikləri açıqlayıb.

Tezadlar.az bildirir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.

“Sabah biz təhlükəsizlik sektorunun formatlaşdırılmasını davam etdirəcəyik. Bazar ertəsi Ukrayna diplomatiyasının korpusunu yeniləyəcəyik — Xarici İşlər Naziri ilə birlikdə müvafiq dəyişiklikləri hazırlayırıq. Mən həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iki iclasının gündəliyini də müəyyən etmişəm. Bizə hər gün Ukrayna ilə bağlı nəticələr lazımdır”, – o yazıb.

Bundan əvvəl Ukraynanın yeni Nazirlər Kabineti mədəniyyət naziri vəzifəsinə namizəd tapa bilməyib. Bunu sosial şəbəkələrdə Ali Radanın deputatı Aleksey Qonçarenko qeyd edib.

Bundan əvvəl Zelenski baş nazirin müavini Olqa Stefanişinanı Amerika Birləşmiş Ştatlarında səfir vəzifəsinə təyin edib. O qeyd edib ki, Stefanişina namizədliyi Vaşinqton tərəfindən rəsmən təsdiqlənənə qədər bu statusda çalışacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!