Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Rusiya ilə münaqişənin son mərhələsindədir.
Tezadlar.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyanın Digi24 telekanalına müsahibəsində bildirib.
“Bu, münaqişənin ortası deyil, sonuncu hissəsidir. Məncə, biz sonuncu hissədəyik. Bizim qorxularımız çoxdur: pul, silah, amma biz son mərhələdəyik, ən çətinindəyik”, – Kiyev rejiminin başçısı bildirib.
Eyni zamanda, Zelenski münaqişənin başa çatması üçün gözlənilən tarixi deyə bilməyib.
Bu arada ekspertlər qeyd edirlər ki, Qərb Ukraynanın əks-hücumunun uğursuzluğunu getdikcə daha çox etiraf edir. Zelenski özü də etiraf edir ki, qorxuları arasında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən Qərbin Kiyevə dəstəyinin azalması qorxusu da var.
E.ŞİRİNOV