Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna müttəfiqlərindən vədlərindən altı ay-bir ilə qədər yardım alır.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski Fransanın “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
O, həmçinin bildirib ki, Qərb dövlətləri Ukraynanı yararsız vəziyyətdə olan silahlarla təchiz edir, bu da Ukrayna Silahlı Qüvvələrinin (USQ) mənəviyyatına pis təsir edir.
“Bir ölkənin “Mən onu təhvil edəcəyəm” deməsi ilə yardımın gəldiyi an arasında altı aydan bir ilə qədər bir boşluq var. Elə olur ki, bu silahlar köhnədir və ya yararsız vəziyyətdədir”, – o deyib.
Zelenski əlavə edib ki, Ukrayna hərbçiləri arasında “böyük yorğunluq” var.
Dekabrın 10-da Zelenski Kiyevdə Avropa Parlamentində sosialistlər və demokratlar qrupunun rəhbəri İratje Peres Qarsiya ilə görüşdə Ukraynanın 10-12 Amerika “Patriot” zenit-raket kompleksinə ehtiyacı olduğunu bildirib. Onun fikrincə, dondurulmuş Rusiya aktivlərindən 30 milyard dollar “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınmasına xərclənməlidir.
E.ŞİRİNOV