Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident Vladimir Zelenski Rusiyanın 3 “İsgəndər” raket buraxılış qurğusunun Müdafiə Qüvvələri tərəfindən məhv edilməsini, hərbi helikopterlərin vurulmasını Rusiyanın hərbi logistika və aerodromlarının məğlubiyyətlərə düçar olması barədə məlumat verib. Tezadlar.az Zelenskinin birbaşa xalqa müraciət çıxışına istinadla bildirir ki, o, bunları Rusiya ordusunun nə qədər zəif olmasına bir işarədir. Sitat: “Bu gün Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Baş Qərərgah rəisi Aleksandr Sırski döyüşçülərimizin cəbhədəki uğurları barədə məruzə etdilər. Sevinməli çox şey var.
Bu həftə əsgərlərimiz rusların mövqelərini – məhz Ukraynaya, bizim icmalara, xalqımıza atəş açdıqları mövqeləri uğurla məhv etdilər. Ötən gün üç “İsgəndər” raket buraxılış qurğusu məhv edildi – bu, sadə qatillərin məhvi idi. Həmçinin vurulmuş Rusiyanın Su-35 hərbi təyyarəsi və onların çoxsaylı hərbi helikopterlərinə ziyan vurulması da sevindirici faktlardır. Rusiya hərbi logistikasının, aerodromlarının yeni məğlubiyyətləri də var. Bu, müdafiəmizə kömək edir – Rusiya vurulmuş hər bir fəsad bizim üçün önəmlidir”.
Zelenski vurğulayıb ki, ruslar guya heç bir təzyiqə boyun əymədiklərini göstərməyə çalışırlar. Amma bunu dünyanın anlaması çox vacibdir: təzyiq Rusiyanı danışıqlar prosesinə girməyə məcbur etdiyi kimi, həm də Rusiyanı danışıqlar prosesində realist olmağa vadar edə bilər. Bu, hər şeydən əvvəl Rusiyaya mümkün təzyiqlərin nəticəsidir. Rusiya ilə hələ də neft və digər sahələr üzrə ticarət edənləri də bu nöqtəyə gətirməliyik. Putin anlamalıdır ki, o, Rusiya xalqını öz şəxsi intriqa və populist əməllərinə qurban verərək ölkəni dağıdır”.
xatırladaq ki, son vaxtlar Rusiya sakinləri sosial şəbəkə hesablarında açıq şəkildə deyirlər ki, ekranlarda gördükləri şəxs Putin deyil, onu əvəzləyən əkizidir… Çünki normal adam belə bir müharibəyə girməzdi…
A.Məmmədli