Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Ukrayna Prezidenti Qazaxıstan ictimai təşkilatları vasitəsilə ölkəsinin xalqına humanitar yardım göstərdiyinə görə Qazaxıstan Respublikasının dövlət başçısına minnətdarlığını bildirib, həmçinin 80-dən çox dövlətin nümayəndələrinin Davosda “sülh formulu”na dair son görüşünün nəticələri və İsveçrədə keçiriləcək növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar, ticarət və iqtisadi əlaqələrin inkişafını da müzakirə ediblər.
JASMİN