Mədəniyyət
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Türk dünyası qlobal iqtisadi artım faizindən daha çox artıma malik olan regiondur. Digər tərəfdən isə, TDT-ə üzv olan dövlətlər arasında strateji münasibətlərin daha da dərinləşməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu özünü birgə sərmayə fondlarının yaradılması, qarşılıqlı ticarət həcminin artması və nəqliyyat və logistika sahəsində geniş əməkdaşlıq da göstərir.
Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində imzalanmış Vaşinqtonda imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu.
Qəbələ toplantısında qeyd olunduğu kimi, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Zəngəzur Dəhlizinin reallaşmasıdır. Bu eyni zamanda, çox yaxın zamanlarda Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşəcəyi deməkdir. Türk dünyası birləşir və daha da inkişaf edir”, – deyə Bayramov qeyd edib.