26 Sentyabr 2025 / 17:38

Zığ gölü ilə bağlı layihə icra edilir- GÖL QURUDULUR VƏ…

Bu yaxınlarda tezadlar.az-ın redaksiyasına Zığ gölü ətraflnda aparılan işlərlə bağlı sual dolu şikayətlər daxil olmuşdu. Sakinlər ərazidə göydələn tikiləcəyi şübhəsi ilə müraciət etmişdilər.

Bu gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mediaya yaydığı cavabda bildirilir ki, ərazidə Prezidentin müvafiq Sərəncamına uyğun olaraq Zığ gölünün təmizlənməsi və abadlaşdırılması işlərinə başlanılıb. Sitat: “Bu layihə ilə bağlı hazırda bir neçə qurum müştərək işlər icra edir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən isə Hövsan qəsəbəsindən Zığ gölü istiqamətində kanalizasiya kollektoru tikiləcək. Hazırda qeyd olunan ərazidə tullantı sularının həmin kollektora ötürülməsi məqsədilə yeraltı nasos stansiyasının inşasına başlanılıb. Bu istiqamətdə tikinti-quruculuq işləri plan üzrə davam etdirilir”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!