Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda klubunu tərk edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb.
Bildirilib ki, fransalı vinger Qətərin “Al Şahaniya” klubuna keçəcək.
Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.
Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.