Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin TV 8 kanalında yayımlanan və Azərbaycanda da xeyli izləyicisi olan “Zuhal Topalla yemekdeyiz” proqramının bu dəfəki qalibi Azərbaycan xanımı oldu.
Belə ki, proqrama qatılan Ruha xanım Azərbaycan milli mətbəxinə məxsus yeməklərlə, xüsusilə plovu ilə rəqiblərinə qalib gəlməyi bacarıb.
Tezadlar.az xəbər verir ki, yarışmada Ruha xanım ana yemək olaraq plovumuzu, həmçinin plovun yanında albalılı pomidor salatı, dovğa, dolma, sonda desert kimi “Cheescake” təqdim edib.
Yarışmanın sonunda Ruha xanım 33 xal toplayaraq 200 min türk lirəsi (TL) qazanıb.
Qeyd edək ki, 200 min TL təqribən 8200 manat edir.
https://www.youtube.com/watch?v=Re9Gp1IwaRA
JASMİN
