booked.netbooked.net booked.net  

...Bu dəfə müdafiə nazirinin müavini rüşvətalmanın qurbanı oldu...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiyanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan müdafiə nazirinin müavini Timur İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Artıq Rusiya CM- nin 290-cı maddəsi ilə ona qarşı ittiham irəli sürülüb və onu ən azı 15 ilədək həbs cəzası gözləyir. Rüşvətalmanın detalları isə belədir: İvanov xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsi). Xüsusilə böyük məbləğ 1 milyon rubl məbləğindən başlayır. Beləliklə, İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, T.İvanovun saxlanılması barədə dövlət başçısı Vladimir Putinə artıq məruzə edilib.

Müharibə aparan ölkədə müdafiə nazirinin müavini ölkənin müdafiəsi ilə maraqlanmaq əvəzinə, rüşvət almaqla məşğuldursa, daha nə deyəsən... Artıq prezident Putin də bu həbsə reaksiya verib və İvanov bundan sonrakı həyatının ən azı 15 ilini həbsxanada keçirməli olacaq...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN