booked.net booked.net  

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib...

Bu barədə Tezadlar.az-a şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova məlumat verib.  Belə ki, O.Əkbərovun böyük qardaşı Taleh Əkbərov dünyasını dəyişib. O, Biləsuvarda qardaşı Orxan Əkbərovun məzarının yanında dəfn edilib. 

"Təzadlar" xatırladır ki, polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov 2020-ci ilin oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib. Prezidentin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı yüksək adına layiq görülüb.

Y.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN