booked.net booked.net  

Azərbaycanın Dövlət Mükafatları Komissiyasının ədəbiyyat üzrə müsabiqəsində yer alan 3 əsərdən biri də Asif Mərzilinin "Sonuncu əmr" romanıdır...

Hazırda Dövlət Komissiyasının (Prezident Sərəncamı ilə komissiyanın sədri Baş nazir Əli Əsədovdur) qərarına əsasən əsərin ictimai müzakirələri istər müxtəlif regionlarda, istərsə də Bakıda geniş oxucu kütləsi tərəfindən müsbət qarşılanmaqdadır. 

Onu da deyək ki, kitabda Türkiyə-Azərbaycan qardaşlığından, iki ölkənin hərb tarixindən və Qarabağdakı döyüş əməliyyatlarında bu təcrübədən məharətlə istifadə edilməsi də şərh edilib, faktlara istinadlar vardır.

Artıq əsərin Azərbaycanda ictimai müzakirəsi barədə məlumatlar Türkiyə mətbuatında da yer almaqdadır. Türkiyə Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinin və Trtajans Holdinqinin sədri Salih KURT bununla bağlı "Təzadlar"a təbrik məktubu göndərib. Məktubda deyilir: "Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və nəticəsi, bəhrəsi olan Qarabağımızın azadlığından bəhs edən "Sonuncu əmr" kitabını PDF formatda oxudum. Kitabda türk dünyasında tanınan igid Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun çiyindaşı və silahdaşı olmuş Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant  Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş səhnələri qürur doğurur. Sizləri təbrik edirəm! Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin, türk dünyasınındır! Sayğılarımla: Salih KURT, Türkiyə, İstanbul".

Qeyd edim ki, "Sonuncu əmr" romanı barədə məlumat və yazı Türkiyənin çoxsaylı tanınmış hüquqşünas və media ekspertlərinin köşə yazarı olduğu anadoluyakasihaber.com saytında da yayımlanmışdır. Aşağıda linkini təqdim edirik.

Elbar Şirinov

https://anadoluyakasihaber.com/sonuncu-emr-romaninin-ictimai-muzakireleri-davam-edir.html

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN