booked.netbooked.net booked.net  

ABŞ kəşfiyyatı və xüsusi xidmət orqanları Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında baş vermiş faciədən az əvvəl Rusiyaya terror aktı təhlükəsi barədə ətraflı və dolğun məlumat verib.

“Reuters” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun versiyasına görə, "əslində, Birləşmiş Ştatlar bu terror hücumunun qarşısını almağa kömək etməyə çalışdı".

“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Moskvadakı böyük toplantılar və konsertlərə qarşı terror təhlükəsi ilə bağlı Rusiya hakimiyyətinə aydın və ətraflı məlumat verdi”, - o deyib.

Daha əvvəl “NYT” Avropa və Amerika təhlükəsizlik xidmətlərinin rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyat orqanları “Crocus City Hall”-da gözlənilən terror aktı ilə bağlı bildikləri bütün məlumatları Rusiya ilə bölüşmürlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN