booked.net booked.net  

İstənilən halda İsrail ordusu Rəfah şəhərində əməliyyat keçirəcək, çünki onun nəzarəti olmadan HƏMAS-a qarşı başlayan hərbi əməliyyatlar öz məqsədinə çatmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, girovların azad edilməsi hərəkatı ilə sövdələşmənin bağlanması prosesi dayandırmayacaq.

“Mütləq qələbəyə nail olmaq üçün Rəfaha girəcəyik və oradakı HƏMAS batalyonlarını, razılaşmalı və ya razılaşmadan məhv edəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Netanyahu daha əvvəl Qəzza zolağında girovların azad edilməsinə nail olmaq üçün HƏMAS-a yeni “ağrılı zərbələr” vuracağını vəd etmişdi. Söhbət həm hərbi, həm də diplomatik təzyiqdən gedirdi.

Bu arada ABŞ dövlət katibi Antoni Blinken iddia edir ki, HƏMAS İsraildən Qəzza zolağında atəşkəs üçün səxavətli təklif alıb və ona ən qısa zamanda cavab verməlidir. Amerikalı diplomatın sözlərinə görə, indi Qəzza zolağında tezliklə atəşkəs əldə etmək üçün müstəsna səylərə ehtiyac var.

Eyni zamanda, “The New York Times” iddia edir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası HƏMAS rəhbərliyini təqib etməyin başqa yolları olduğu üçün İsraildən Rəfah əməliyyatından imtina etməyi tələb edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN