booked.net booked.net  

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqratın bir saat ərzində istefaya getməsi tələbinə məhəl qoymayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır.

Agentliyin məlumatına görə, Baqrat öz tələbini İrəvanın mərkəzində Respublika meydanında keçirilən minlərlə insan mitinqində səsləndirib.

“Nikol Paşinyan! Sizə istefa vermək üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefamın şərtlərini müzakirə etməyə hazıram”, - deyə din xadimi bildirib.

Jurnalistlər müşahidə ediblər ki, nə Paşinyanın özü, nə də hökumətin mətbuat xidməti müxalifətçinin ultimatumuna heç bir şəkildə cavab verməyib.

Xatırladaq ki, Tavuş vilayətinin sakinləri 2024-cü il aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyinin bölgənin 90-cı illərdə Ermənistanın nəzarətinə keçən 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarıldığını elan etməsindən sonra mitinq və piketlərə başlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA