booked.net booked.net  

İsrail tankları Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzindən keçən Səlahəddin şossesi boyunca irəliləyib.

Bu barədə “The Times of Israel” qəzetinin müharibə müxbiri Emmanuel Fabian məlumat verib.

“Tanklar hələ də İsrail Müdafiə Qüvvələrinin (İMQ) evakuasiya əmri verdiyi ərazidə olsalar da, yol boyu daha da irəliləyiblər”, - nəşr bildirib.

Yerli sakinlər şəhərin şərqində və şimal-şərqində partlayışlar və atışmaların olduğunu bildiriblər. HƏMAS hərəkatı bildirib ki, İsrail tankları şəhərin şərqindəki məscidlərdən birinin yaxınlığında pusquya düşüb. Nəşr bundan belə nəticəyə gəlir ki, İMQ-nin ağır texnikası şərq tərəfdən Rəfah ətrafına daxil olsa da, şəhərin ən sıx məskunlaşdığı hissəsinə çatmayıb.

Bu həftənin əvvəlində İsrail ordusu Misirlə sərhəddə nəzarət-buraxılış məntəqəsini zəbt edib və mülki əhaliyə Rəfahın şərq ətrafını təxliyyə etməyi əmr edib. Müxtəlif hesablamalara görə, bu, növbəti dəfə 100-150 min fələstinlinin didərgin düşməsi deməkdir. Quru əməliyyatının əvvəlki mərhələlərində Qəzza zolağının bu hissəsi “təhlükəsiz” elan edildiyi üçün ümumilikdə bir milyondan çox insan sərhəd şəhərinə sığınıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA