booked.net booked.net  

BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib.

Bu barədə TASS xəbər verir.

Qətnamənin lehinə 143 dövlət, Argentina, Macarıstan, İsrail, ABŞ və Çexiya daxil olmaqla 9 ölkə əleyhinə səs verib, 25 dövlət isə bitərəf qalıb. Qətnamənin qəbulu Baş Assambleyanın zalında alqışlarla qarşılanıb.

Sənəd doqquz bənddən ibarətdir və Təhlükəsizlik Şurasına Fələstinin BMT-yə qəbul edilməsi məsələsinə yenidən baxılması tövsiyəsinə əlavə olaraq, “müstəsna əsasda və presedent yaratmadan” Fələstinə BMT Baş Assambleyasının daimi üzvü kimi bir sıra prosedur hüquqlarının verilməsinin zəruriliyi haqqında müddəa var. Xüsusilə, Fələstin Yaxın Şərq mövzularında keçirilən görüşlərdə özünü məruzəçilər siyahısına daxil edə, düzəlişlər təklif edə, həmçinin bir qrup ölkə adından prosedur təklifləri verə biləcək. Eyni zamanda, vurğulanır ki, Fələstinin müşahidəçi dövlət olaraq qalması və bununla da Baş Assambleyada səs vermək hüququ yoxdur və onun nümayəndələri BMT orqanlarında vəzifələr üçün namizədliyini irəli sürə bilməzlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA