booked.net booked.net  

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında

gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Xatırladaq ki, sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd etmişdi ki, iki ölkə arasında gəlirlərə görə vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən malların qiymətinə də müsbət mənada təsir edə bilər.
"İkiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır", - Vüqar Bayramov bildirib.
Y.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN