booked.net booked.net  

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 may tarixində keçiriləcək hərraca 2 avadanlıq (isitmə və soyutma sistemi, transformator) və 44 nəqliyyat vasitəsi çıxarılacaq.

Dövlət Xidmətinin TEZADLAR.AZ-a verilən məlumata görə,  nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Yaponiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri 1980-2011-ci illəri əhatə edir.

17 may tarixində keçiriləcək hərraca isə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin balansında olan 2 qeyri-yaşayış binası və 1 mənzil çıxarılacaq.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN