booked.netbooked.net booked.net  

Sən demə, Azərbaycanda qadınlarla müqayisədə kişilər daha çox sosial mediadan istifadə edirlərmiş.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə 230-dan artıq ölkədə monitorinqlər aparan şirkətin ölkəmizlə bağlı rəsmi hesabatında qeyd olunub.

Hesabata görə, hazırda ölkədə sosial media istifadəçilərinin 53.3 faizini kişilər təşkil edir.

Onu da əlavə edək ki,  “Meta”nın məlumatına görə, 2024-cü ilin əvvəlinə Azərbaycanda “Facebook”dan istifadə edənlərin 33,2%-ini qadınlar, 66,8%-ini isə kişilər təşkil edib. “Instagram”dan istifadə edənlərin 47,4%-ini qadınlar, 52,6%-ini isə kişilər təşkil edib.


“TikTok” platformasının sahibi olan “ByteDance Ltd”nin məlumatına görə, ölkəmizdə “TikTok”dan istifadə edənlərin 46,7%-ini qadınlar, 53,3%-ini isə kişilər təşkil edib. Maraqlısı budur ki, 10 milyondan bir qədər çox əhalisi olan Azərbaycanda 6,1 milyon “”Tik-Tok istifadəçisi var. “X” (keçmiş Tvitter-in) ölkəmizdəki  istifadəçilərinin 33,4%-ini qadınlar, 66,6%-ini  kişilər, “Linkedin” istifadəçilərinin 37,2%-ini qadınlar, 62,8%-ini isə kişilər təşkil edib. Onu da qeyd edək, ğlkəmizdə əhalinin cəmi 2,5%-i “X” istifadəçisidir.

Göründüyü kimi, sosial mediada istifadə edənlərin əksəriyyəti kişilərdir. Əlbəttə, məqsəd və yanaşma müxtəlifdir...

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN