booked.netbooked.net booked.net  

Çukotkada -  tundrada təxminən 6 aylıq axtarışlar səmərə verib və yaşlı kişi sağ tapılıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, 70 yaşlı rusiyalı payızda balıq ovuna gedib  - o, tez-tez təbiət qoynuna uzun müddətli səyahətə gedərmiş, həm də tək.

Bu dəfə onu evdə Yeni il bayramı üçün gözləyirmişlər, lakin kişi geri qayıtmır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər qışda tundrada itkin düşən balıqçını axtarırdılar. Nəhayət, uzunmüddətli axtarışlar nəticəsində artıq taqətdən düşmüş təqaüdçü mart ayında aşkarlanıb.

O,ilin düz beş soyuq ayını tundrada tək yaşayıb, balıq və ağac qabığı ilə qidalanıb.

  Təqaüdçü xəstəxanaya yerləşdirilməkdən imtina edib, polis onu tundradan birbaşa evinə aparıb.

 

JASMİN 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN