booked.net booked.net  

Türkiyə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırıb.

TEZADLAR.AZ Türkiyə mediasına istinadən xəbər verir ki,  M.Rutte keçən həftə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək NATO Baş Katibliyinə dəstək istəməsindən sonra Türkiyə aprelin 29-da Rutteni dəstəkləyəcəyini NATO üzvlərinə elan edib.

 Xatırladaq ki, R.T.Ərdoğan aprelin 26-da Türkiyəyə gəlmiş Hollandiyanın baş naziri Mark Rutte ilə Vahdettin Köşkündə təkbətək görüşmüşdü. Rutte birgə mətbuat konfransında bildirmişdi: “NATO-nun cənub qanadının Türkiyəyə və hökumətinə ehtiyacı var. Türkiyə həlledici rol oynayır, Qəzzada vəziyyət və eyni zamanda, Ukraynadakı dəhşətli müharibə ilə bağlı səylər göstərir”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN