Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sankt-Peterburqda polis mənzilin pəncərəsindən pnevmatik tapançadan atəş açaraq yaşlı qadını vuran yeniyetmənin şəxsiyyətini müəyyənləşdirib.
Tezadlar.az xarici mediaya istinadla bildirir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Hadisə barədə polisə şəhərin Nevski rayonunda yaşayan zərərçəkənin özü məlumat verib. 69 yaşlı Sankt-Peterburq sakini deyib ki, atəş açan onun ayağından vurub. O, tibbi yardım iüçün müraciət edib. Həkimlər ona ombasının əzilməsi diaqnozu qoyublar.
Dərhal şübhəlinin şəxsiyyəti müəyyən edilib. O, yaxınlıqda yaşayan 13 yaşlı yeniyetmədir. Məktəbli mənzilinin pəncərəsindən pnevmatik tüfənglə təsadüfi yoldan keçənə atəş açıb. Məktəbli qanuni nümayəndələrinin müşayiəti ilə polis bölməsinə çağırılıb. Profilaktik söhbət aparılıb.