Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun mətbuat katibi bildirib. Amma ilkin məlumata görə, nəticə barədə danışmaq hələ çox tezdir…
***
Tezadlar.az xatırladır ki, bu gün Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü işə başlamışdı. “Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, -deyən Umerov qeyd etmişdi ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.







